SƏNAYE

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu il dövlət təşkilatlarına 24 mln. manatlıq mal satıb
05 APREL
312

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu il dövlət təşkilatlarına 24 mln. manatlıq mal satıb

2018-04-05 16:53:00

Bu ilin I rübündə "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC dövlət satınalan təşkilatlarının ərzaq məhsullarına olan təlabatının ödənilməsi üçün 24,49 mln. manatlıq qida və kənd təsərrüfatı məhsulları tədarük edərək satışını həyata keçirib. 

Məlumata görə, bunlar, əsasən, un, ət və meyvə-tərəvəz məhsullarıdır. 2018-ci ilin yekununda Səhmdar Cəmiyyətinin alqı-satqı göstəricisini 118 mln. manata çatdırması proqnozlaşdırılır. 

3 ay ərzində qurum daxili tələbatın ödənilməsi ilə yanaşı, ixracla da məşğul olub və xaricə 3,53 mln. manatlıq məhsul tədarük edərək satıb. Bunlar, əsasən, meyvə-tərəvəz məhsulları olub. 

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256