SƏNAYE

Xaçmazın kəndlərində yeni subartezian quyuları qazılır
04 APREL
117

Xaçmazın kəndlərində yeni subartezian quyuları qazılır

2018-04-04 16:53:00

Bu il Xaçmazın 4 kəndində yeni subartezian quyusu əhalinin istifadəsinə veriləcək. İlkin mərhələdə Mollabürhan və Maqsudkənd kəndlərində quyuların qazılmasına başlanılıb. Mollabürhan kəndində qazılan subartezian quyusundan çıxarılan su 800 nəfərdən çox sakinin içməli suya olan tələbatını ödəyəcək. Burada işlər bitdikdən sonra rayonun Tel və Həsənqala kəndlərində də subartezian quyularının qazılmasına başlanılacaq.

Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mütəxəssisi Kamil Əliyev bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq, son illər Xaçmaz rayonunda 20-yə yaxın subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. İdarənin balansında, ümumilikdə, 36 belə quyu var.

Adları qeyd olunan dörd kənddə işlər yekunlaşdıqdan sonra rayon ərazisində daha 5 yaşayış məntəqəsində subartezian quyularının qazılması nəzərdə tutulub.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280