SƏNAYE

Tərtərdə 2602 hektarda yazlıq səpin aparılıb
03 APREL
79

Tərtərdə 2602 hektarda yazlıq səpin aparılıb

2018-04-03 12:30:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, qısa müddətdə 2602 hektarda yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 706 hektarı şəkər çuğunduru, 178 hektarı dən üçün günəbaxan, 458 hektarı kartof, 11 hektarı dən üçün qarğıdalı, 8 hektarı noxud, 485 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 751 hektarı çoxillik otlar, 5 hektarı yem üçün sorqo bitkisidir. 91,7 hektarda sarımsaq, 62,5 hektarda baş soğan, 201,5 hektarda xiyar, 7,5 hektarda pomidor, 8,5 hektarda kələm, 113,3 hektarda digər tərəvəz bitkiləri əkilib.

Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Pambıq səpini üçün hazırlıq işləri aparılır.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280