SƏNAYE

Azərbaycanda aqroparkların yaradılması nələri dəyişəcək?
03 APREL
389

Azərbaycanda aqroparkların yaradılması nələri dəyişəcək?

2018-04-03 10:02:00

Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar-sənaye sektorunun inkişafını təmin etməkdir. Bu məqsədlə aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas istiqamətlərdəndir.

Fins.az xəbər verir ki, hazırda 30 rayon üzrə 45 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 28 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq 3 aqroparkda 1-ci mərhələ üzrə işlər yükunlaşaraq istifadəyə verilib. Bunlar Xaçmazda “Yalama Aqropark” (gücü saatda 5 ton olan yem zavodu və 4,5 min tonluq taxıl anbarı, 385 ha ərazidə iri fermer təsərrüfatı və 1000 başı sağılan olmaqla 3000 başlıq müasir heyvandarlıq kompleksi), Şəmkirdə “Şəmkir Aqropark” (tutumu 21,2 min ton olan logistik mərkəz, TIR parkı, avtodayanacaq və laboratoriya) və Cəlilabadda “Günəşli Aqropark”dır (1200 ha ərazidə iri taxılçılıq təsərrüfatı, 500 başlıq heyvandarlıq kompleksi). Hazırda 26 aqroparkda tikinti-quraşdırma, 16-da layihələndirmə işləri aparılır.

Aqroparkların yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 107,6 milyon manat güzəştli kredit ayrılıb, 14 aqropark üzrə 24 layihəyə isə dövlət investisiya təşviqi sənədi verilib.

Aqroparkların yaradılması  ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyinin daha da artmasına səbəb olacaqdır.

Eləcə də bax: Gəncə Avtomobil Zavodunda 10 mininci traktor istehsal olunub - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259