SƏNAYE

Bu il Azərbaycanda 166 çoxmərtəbəli binaya təbii qaz verilib
02 APREL
167

Bu il Azərbaycanda 166 çoxmərtəbəli binaya təbii qaz verilib

2018-04-02 18:33:00

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. “Azəriqaz”dan verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik 2018-ci ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 166 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 7929 ailə yaşayır.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272