SƏNAYE

Azərbaycanlı mütəxəssis BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin edilib
02 APREL
298

Azərbaycanlı mütəxəssis BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin edilib

2018-04-02 18:26:00

Azərbaycanlı mütəxəssis BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin edilib. Hazırda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunub, mayın 1-də fəaliyyətə başlayacaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Şirkətdən bildirilib ki, bu yeni vəzifədə Emil BP-nin Avstraliyadakı bütün Apstrim (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Asiya Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

Emil İsmayılov neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində o BP-nin Bakı, Aberdin və London ofislərində müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə, birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib.

Emil İsmayılov Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsinin məzunudur.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Emil bizim regiondakı biznesimizin uğuruna böyük töhfələr verib, bunun üçün ona çox təşəkkür edirik. Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik!”.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270