SƏNAYE

Dəyəri 350 min manatdan çox olan dərman vasitələri məhv edilib
02 APREL
101

Dəyəri 350 min manatdan çox olan dərman vasitələri məhv edilib

2018-04-02 13:55:00

Dəyəri 350 min manatdan çox olan dərman vasitələri məhv edilib. Dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək aprelin 2-də ekoloji poliqonda məhv edilib.

Bakı Baş Gömrük İdarəsi Dövlət Gömrük Komitəsinin ən böyük struktur bölmələrindən olmaqla, öz fəaliyyətində gömrük qanunvericiliyi baxımından bir çox sahələri, o cümlədən, ölkəmizdə həyata keçirilən gömrük siyasətinin əsas məqsədlərindən olan mal dövriyyəsinin sürətləndirilməsi, daxili bazarın qorunması, milli iqtisadiyyatın xarici rəqabətin mənfi təsirinə məruz qalmasının qarşısının alınması, dövlət büdcəsinə daxilolmaların təmin edilməsi, qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizənin həyata keçirilməsi və digər sahələri əhatə edir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn tələblərə uyğun olaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar, çox ciddi tədbirlər görülməkdədir.

Belə ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən, 2017-ci il ərzində “Referans pharmaceuticals”, “Radez”, “Loğman farm”, “Si Medical”, “Zeytun pharmaceuticals”, “Qırxbulaq”, “Eco-B Tam Xarici İnvestisiyalı”, “Trokas pharma” və sair firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən 6 milyon 24 min 975.73 rubl, 15 min 339 avro, 92 min 233.60 dollar və 448 türk lirəsi dəyərində dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək, ekolojı poliqonda məhv edilib.

Bakı Baş Gömrük İdarəsi tərəfindən, qeyd olunan keyfiyyətsiz və standartlara cavab verməyən preparatların ölkəyə idxal olunmasının qarşısının alınması məqsədilə gömrük nəzarəti daha da gücləndirilib.

Nəticədə, adları sadalanan firma və məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən ölkəyə gətirilən küllü miqdarda dərman vasitələri müsadirə edilərək ekolojı poliqonda məhv edilib.

Bakı Baş Gömrük İdarəsinin inspektoru Rövşən İsmayılov bildirib ki, Gömrük Komitəsi tərəfindən hazırda da həmin tədbirlər davam etməkdədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkəyə idxal olunan və Azərbaycan Respublikasında qeydiyyatda alınmamış, keyfiyyət baxımından normativlərə cavab verməyən bəzi dərman preparatlarının və bioloji aktiv maddələrin topdan satışına qadağa qoyub.

R.İsmayılovun sözlərinə görə, məhv edilən dərman vasitələrinin dəyəri 350 min manatdan çoxdur. Dərman vasitələri əsasən Türkiyə, Rusiya və Avropa ölkələrindən gətirilib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279