SƏNAYE

Əkin sahələrinin su ilə təminatı yüksək məhsuldarlığın əldə olunmasında mühüm şərtdir
30 MART
149

Əkin sahələrinin su ilə təminatı yüksək məhsuldarlığın əldə olunmasında mühüm şərtdir

2018-03-30 12:17:00

Qazax rayonunda son illər kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olunub. Taxılçılıq, kartofçuluq sahələrində əldə edilmiş yüksək məhsuldarlıq buna sübutdur. Taxılçılıqda hektardan məhsuldarlıq 36 sentnerə, kartofçuluqda isə 272 sentnerə çatdırılıb.

Bu fikirlər Qazax Rayon İcra Hakimiyyətində yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə bağlı keçirilən müşavirədə səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni açaraq Qazaxda kənd təsərrüfatının mövcud durumundan, bu sahədə əldə edilən nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edib ki, cari ildə əkin sahələri daha da genişləndirilərək rekord həddə çatıb. Bu ilin məhsulu üçün 20 min hektar sahədə əkin aparılıb.

Rəcəb Babaşov bildirib ki, kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə etmək üçün qarşıda duran ən mühüm vəzifə əkin sahələrinin su ilə tam təmin olunmasıdır. Ötən il havaların quraq keçməsinə baxmayaraq, rayon Suvarma Sistemləri İdarəsinin səyi və itkiyə yol verilməməsi nəticəsində demək olar ki, ciddi bir problem yaşanmayıb. Əkin sahələrinin su ilə təmin olunması istiqamətində görülən ən mühüm işlərdən biri də su kanalları və arxlarının təmizlənməsi, yararlı hala salınmasıdır. Bu məqsədlə 262,84 kilometr arx və kanal təmizlənib.

Müşavirədə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Ağstafaçay Hidroqovşağı İstismar İdarəsinin rəisi Yusif Nəsibov, Tovuz Subartezian Quyularının İstismar İdarəsinin rəisi Elxan Əsgərov və başqaları çıxış edərək əkinlərin su ilə tam təmin olunması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarına məlumat veriblər.

Diqqətə çatdırılıb ki, rayonda 165 subartezian quyusu fəaliyyət göstərir. Dövlətimizin başçısının sərəncamına əsasən bu il daha 11 artezian quyusu qazılacaq. Bu da əkinlərin normal suvarma suyu ilə təminatına möhkəm zəmin yaradacaq. Müşavirədə kənd təsərrüfatı sahəsində görülən işləri sürətləndirmək məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273