SƏNAYE

Qax Damazlıq İpəkçilik Stansiyasında yenidənqurma işlərinin 50%-i tamamlanıb
29 MART
169

Qax Damazlıq İpəkçilik Stansiyasında yenidənqurma işlərinin 50%-i tamamlanıb

2018-03-29 14:35:00

 Kənd Təsərrüfatı Nazirliyi yanında Qax Damazlıq İpəkçilik Stansiyasında yenidənqurma işlərinin 50%-i tamamlanıb. Bunu stansiyasının direktoru Əkrəm Fətəliyev deyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

"Yəqin ki, stansiya builki mövsümdə işləməyəcək. Amma yenidənqurma işləri başa çatdıqdan sonra Azərbaycana xaricdən barama toxumu gətirmək lazım olmayacaq", - o qeyd edib. 

Ə.Fətəliyev Azərbaycanda bu sahə üzrə mütəxəssis çatışmazlığının olduğunu da bildirib: "Hazırda kadr potensialının formalaşdırılması məqsədi ilə xaricə adam göndərilməsi üçün nazirlik səviyyəsində iş aparılır. Ölkədə ipəkçilik üzrə mütəxəsislər sonuncu dəfə ötən əsrin 90-cı illərində hazırlanıb. Onların da hazırda 52-53 yaşı var. Mən dəfələrlə bəyan etmişəm ki, gələcək kadr potensialımız yoxdur. Buna görə də, Azərbaycan Dövlət Aqrar Universitetində ipəkçilik ixtisasının olmasını təklif etmşəm". 

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267