SƏNAYE

Qazaxda 264 kilometr uzunluğunda suvarma kanalları və arxlar təmizlənib
29 MART
240

Qazaxda 264 kilometr uzunluğunda suvarma kanalları və arxlar təmizlənib

2018-03-29 13:46:00

Qazax rayonunda suvarma suyundan itkisiz və səmərəli istifadə edilməsi məqsədilə su kanallarının və arxların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi və ötürücülük gücünün artırılması sahəsində işlər davam edir.

Rayon icra hakimiyyətindən bildiriblər ki, hazırda rayonun Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aslanbəyli, Yuxarı Salahlı, Alpout, Kommuna və Hüseynbəyli kəndlərində arx və kanalların lildən təmizlənməsi işləri görülür. Bu günə kimi 262,84 kilometr uzunluğunda arx və kanallar təmizlənib, yararlı hala salınıb.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259