SƏNAYE

Ceyranbatan su anbarının statusu dəyişib
29 MART
263

Ceyranbatan su anbarının statusu dəyişib

2018-03-29 10:49:00

Ceyranbatan su anbarının statusu dəyişib. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” qərarında müvafiq dəyişiklik edib.

İndiyə qədər Ceyranbatan su anbarından müvafiq olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı üçün götürdüyü, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Abşeron magistral kanalı vasitəsilə suvarma üçün götürdüyü suyun dəyərini Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinə ödəyiblər. Dəyişikliyə əsasən bundan sonra sudan ödənişli istifadə qaydaları təsdiq edilənədək, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə topdansatış tarifi Tarif (qiymət) Şurası tərəfindən əvvəlki tarif nəzərə alınmaqla təsdiq ediləcək.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256