SƏNAYE

OPEC+ üzvü olan bəzi ölkələr Vyana sazişinin müddətini 6 ay uzatmağı təklif edirlər
28 MART
140

OPEC+ üzvü olan bəzi ölkələr Vyana sazişinin müddətini 6 ay uzatmağı təklif edirlər

2018-03-28 16:32:00

Neft hasilatının məhdudlaşdırılması barədə OPEC+ sazişinin üzvü olan bəzi ölkələr bu sazişin müddətini yarım il uzatmağı təklif edirlər.

Bu barədə İraqın neft naziri Cabbar əl-Layibi bəyan edib. Nazir deyib: “Neft ixrac edən ölkələrin bəziləri neft hasilatının məhdudlaşdırılması barədə OPEC və OPEC-ə üzv olmayan ölkələr arasında bağlanmış sazişin müddətini yarım il uzatmağı təklif edirlər”. Nazir məhz hansı ölkələrin bu təkliflə çıxış etdiyini dəqiqləşdirməyib.

OPEС 2016-cı il noyabrın 30-da Vyanada neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə neft hasilatının oktyabr ayında olan səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması barədə razılığa gəlib. OPEС-ə daxil olmayan 11 ölkə 2016-cı il dekabrın 10-da öz hasilatlarının ümumilikdə 558 min barrel, o cümlədən Azərbaycan gün ərzində 35 min barrel azaldılması barədə saziş imzalayıblar. 2017-ci il mayın 25-də isə OPEС-in Nazirlər Şurasının 172-ci iclası çərçivəsində üzv ölkələr və sazişə daxil olmayan ölkələr neft hasilatının məhdudlaşdırılmasının 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılığa gəliblər. OPEС-ə üzv ölkələr və sazişə daxil olmayan ölkələrin 2017-ci il noyabrın 30-da OPEС Nazirlər Şurasının 173-cü iclası çərçivəsində keçirilən üçüncü görüşündə neft hasilatının məhdudlaşdırılması barədə sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul edilib. OPEС üzvü və OPEС-ə üzv olmayan ölkələrin bu razılaşmasına Azərbaycan da qoşulub. Ölkəmiz bununla əlaqədar, ötən il və cari ilin iki ayı ərzində bütün öhdəlikləri yerinə yetirib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273