SƏNAYE

Bərdəli pambıqçı: "Hər hektardan 35 sentner məhsul götürməyi qarşıya hədəf qoymuşuq"
27 MART
156

Bərdəli pambıqçı: "Hər hektardan 35 sentner məhsul götürməyi qarşıya hədəf qoymuşuq"

2018-03-27 15:54:00

Ötən il əkdiyimiz 15 hektar sahədən 40,5 ton pambıq götürməklə, hər hektarda 27 sentner məhsuldarlığa nail olduq. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub. Bu sözləri bərdəli fermer Musa Quliyev deyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Prezident İlham Əliyev martın 25-də Bərdəyə səfəri çərçivəsində Musa Quliyevin təsərrüfatında da olub, görülən işlərlə maraqlanıb. Dövlətimizin başçısının bu səfərinin bərdəli pambıqçıları yeni əmək nailiyyətlərinə ruhlandırdığını deyən M.Quliyev hələ sovet dövründə də pambıqçılıqla məşğul olduğunu vurğulayıb.

“Bu sahədə təcrübəmiz var. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyindən yararlanaraq üç ildir ki, yenidən pambıq becərirəm. Martın 26-da Prezidentin sədrliyi ilə Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində də iştirak etdim. Çox vacib məsələlər müzakirə olundu, qarşıya mühüm vəzifələr qoyuldu. Müşavirədə bildirildi ki, pambıqçılıqda növbəti illərdə əsas hədəf məhsuldarlığın artırılması olacaq. Mən də bir pambıqçı kimi bütün səylərimi bu istiqamətdə yönəldərək, yüksək nəticələrə nail olmağa çalışacam”, – deyə bərdəli fermer bildirib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273