SƏNAYE

Tovuzda kartof sahələri genişləndirilir
20 MART
531

Tovuzda kartof sahələri genişləndirilir

2018-03-20 09:27:00

Tovuzlu fermerlər indiyədək 1520 hektar ərazidə kartof əkiblər. Əkin həm əllə, həm də texnika vasitəsilə aparılır. Yerli sortlarla yanaşı, Ukraynadan gətirilən sortlardan da istifadə edilir. Kartof əkini əsasən rayonun Qovlar şəhərində, Düzqırıqlı, Eyyublu, Aşağı Quşçu kəndlərində aparılır.

Qeyd edək ki, ötən il Tovuzlu fermerlər 7375 hektar sahədən 169705 ton kartof tədarük ediblər. Hazırda rayonda kartof əkini davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256