SƏNAYE

Yanvar-fevralda 47,5 min hektar sahədə yazlıq bitkilər əkilib
19 MART
216

Yanvar-fevralda 47,5 min hektar sahədə yazlıq bitkilər əkilib

2018-03-19 11:28:00

2018-ci ilin yanvar-fevral aylarında 47,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 4,1 min hektar sahədə dənli və dənli paxlalılar, 10,1 min hektar sahədə kartof, 9,6 min hektar sahədə tərəvəz, 23,6 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə digər bitkilər əkilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə diri çəkidə 78,2 min ton ət, 299,8 min ton süd, 281,9 milyon ədəd yumurta, 16,3 min ton tərəvəz istehsal olunub.

2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 1,1 faiz, tərəvəz istehsalı 1,9 dəfə artıb.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 43,8 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256