SƏNAYE

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Aİ ilə yeni layihənin icrasına başlayıb
16 MART
151

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Aİ ilə yeni layihənin icrasına başlayıb

2018-03-16 11:58:00

Bu gün Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihənin açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib ki, layihə 2 il müddətində həyata keçiriləcək. Onun sözlərinə görə, dəyəri 1 mln. avro olan layihə liman potensialının artırılmasına, Aİ-na üzv ölkələrin limanları ilə əlaqələrin genişləndirilməsinə xidmət edəcək. T.Ziyadov onu da deyib ki, bu ilin sonuna qədər Azad Ticarət Zonasında şirkətlərin qeydiyyatına başlanıla bilər. 

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279