SƏNAYE

“İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib
15 MART
123

“İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib

2018-03-15 14:34:00

Martın 15-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində 15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar “İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, sahibkarlıq subyektlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən dövlət xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının müdafiəsinin ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayıb, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.

Qeyd edilib ki, iqtisadi inkişaf istehlakçıların hüquqlarının qorunmasının, beynəlxalq təcrübənin öyrənilməsinin, aidiyyəti dövlət orqanları ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehsalçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin önəmini artırır.

Zahid İsayev istehsalçıların hüquqlarının etibarlı şəkildə təmin olunması və bu sahədə mövcud qanunvericilikdən irəli gələn vəzifələrin icrası istiqamətində aidiyyəti dövlət qurumları və ictimai təşkilatlarla birgə görülən işlər, istehsalçıların maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Xidmətin rəisi istehlak bazarında istehlakçı ilə satıcı və xidmət göstərənlər arasındakı münasibətlərin qanunauyğun şəkildə tənzimlənməsi üçün təbliğat-təşviqat işlərinin əhəmiyyətini vurğulayıb. Bu məqsədlə dövlət xidmətinin təşkilatçılığı ilə Bakıda və regionlarda müxtəlif konfrans və seminarlar təşkil edilir, istehlakçı hüquqları ilə bağlı maarifləndirici məlumatlar yayılır, müxtəlif bukletlər, yaddaş kitabçaları hazırlanaraq istehsalçılar və satıcılar arasında paylanılır.

Tədbirdə çıxış edən yerli və beynəlxalq təşkilatların nümayəndələri istehsalçı hüquqlarının qorunması istiqamətində aidiyyəti qurumlar tərəfindən görülən işlərin nəticəsində istehlak bazarında mal və xidmətlərin keyfiyyətində əhəmiyyətli müsbət dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb, bu sahədə ictimai nəzarətin, istehlakçı fəallığının rolunu qeyd ediblər.

Tədbirdə, həmçinin istehsalçı-sahibkar münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə bağlı iştirakçıların təklifləri dinlənilib, müzakirələr aparılıb. Sonda tədbir iştirakçılarına istehsalçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279