SƏNAYE

USTALARIN QAYĞISINA QALAN “MƏTANƏT A” – Bu dəfə fasad ustaları üçün təlim təşkil edilib
15 MART
244

USTALARIN QAYĞISINA QALAN “MƏTANƏT A” – Bu dəfə fasad ustaları üçün təlim təşkil edilib

2018-03-15 11:58:00

Mətanət A” Şirkəti öz ənənəsinə sadiq qalır. Bu dəfə də Şirkət peşəkar ustalar üçün özünə məxsus maarifləndirici tədbir təşkil edib. “Qayğımıza qalan FasNatural” adlı təlimdə Azərbaycanın ilk “Ustalar Klubu”nun fasad üzrə ixtisaslaşmış 100-ə yaxın üzvü iştirak edib. Ustalara “Mətanət A” Şirkətinin istehsal etdiyi və dünyanın 150-dən artıq ölkəsində patentləşdirilmiş “FasNatural ” məhsulu ilə bağlı məlumat verilib. Bildirilib ki, “FasNatural” məhsulu fasadda arxitektur ornamentlərin, bəzək məmulatlarının, izolyasiya lövhələrinin üzərinə çəkilməklə paduqaların və üzlük plitələrinin hazırlanılmasında istifadə edilir. “FasNatural” aqlay daşını əvəz edir, su hopmur, şaxtada çatlamır, məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir, binanın fasadının yükünü 11 dəfəyə kimi azaldır, vizual görüntü baxımından təbii daşdan seçilmir, ən əsası isə, daha ucuz başa gəlir.

İlin İxtirası” nominasiyası üzrə “Uğur” Milli Mükafatına layiq görülmüş “FasNatural” məhsulunun tətbiqi prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib, ustaların suallarını “Mətanət A”- nın peşəkar mütəxəssisləri cavablandırıb. Bu tədbirdə Şirkət daha bir İLKƏ imza atıb - ustalara “FasNatural” BONUS KARTları təqdim olunub. Bu kartlar ustalara xüsusi bonuslardan yararlanmaq imkanı verir. Təlimi uğurla başa vuran ustalar isə sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, ”Mətanət A” Şirkəti inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişaf etdirilməsinə daim böyük diqqət yetirir və bu sahədə çoxşaxəli fəaliyyəti ilə seçilir. Bunun bariz nümunələrindən biri 14 ildir uğurla fəaliyyət göstərən “Mətanət A”– nın “Ustalar Klubu”dur. Klubun əsas məqsədi ustaların bilik və bacarıqlarını inkişaf etdirmək, onların işlə təmin olunmasına dəstək göstərməkdir. Şirkət bu sahədə fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256