SƏNAYE

OPEC bu il neftə olan qlobal tələbatla bağlı proqnozunu yüksəldib
14 MART
258

OPEC bu il neftə olan qlobal tələbatla bağlı proqnozunu yüksəldib

2018-03-14 19:01:00

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il neftə olan tələbatla bağlı mart proqnozunu fevral ayı ilə müqayisədə 30 min barel/gün və yaxud 0,03% artıraraq 98,63 mln. barel/günə çatdırıb. Bu barədə qurumun hesabatında bildirilir.

Sənəddə həmçinin qeyd olunub ki, 2018-ci ildə neft tələbi illik müqayisədə 1,6 mln. barel/gün, OPEC üzvü olmayan ölkələrdən neft təklifi isə 1,66 mln. barel/gün artacaq. 

Bununla yanaşı, OPEC ehtimal edir ki, bu il Rusiyada neft hasilatının həcmi əvvəlki hesabatla müqayisədə 20 min barel/gün və yaxud 0,18% çox -  11 mln. barel/gün olacaq. 

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256