SƏNAYE

Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78,3 faizi Naxçıvanın payına düşür
14 MART
202

Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78,3 faizi Naxçıvanın payına düşür

2018-03-14 17:50:00

Ötən il muxtar respublikada 431 milyon 691 min kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da 2006-cı ildəki göstəricidən 93,2 faiz çoxdur. Elektrik enerjisinin 231 milyon 432 min kilovat-saatı və ya 53,6 faizi istilik elektrik stansiyalarında, 168 milyon 946 min kilovat-saatı və ya 39,1 faizi su elektrik stansiyalarında, 31 milyon 313 min kilovat-saatı və ya 7,3 faizi isə Günəş elektrik stansiyasında istehsal edilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, alternativ və bərpaolunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 46,4 faizini təşkil edib. Ölkə üzrə Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78,3 faizi muxtar respublikanın payına düşüb.

Alternativ və bərpa olunan enerji növləri istehsalının daha da artırılması məqsədilə hazırda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.

İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə Naxçıvan şəhərində daha müasir smartkart tipli sayğaclar quraşdırılır.

Elektrik enerjisinin istehlakçılara keyfiyyətli və fasiləsiz çatdırılması istiqamətində ötən dövrdə “Sədərək”, “Çeşməbasar”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, “Ordubad”, “Qıvraq”, “Nehrəm”, “Şahbuz” və digər transformator yarımstansiyaları tikilib və ya yenidən qurulub.

Mənbə: Azərtac

Eləcə də bax: Azərbaycanda kimlər ƏDV-dən və idxal rüsumundan azad edilir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267