SƏNAYE

Azərbaycanda plastik butulkalar təkrar emal edilir
14 MART
492

Azərbaycanda plastik butulkalar təkrar emal edilir

2018-03-14 15:38:00

Balaxanı Sənaye Parkının rezidenti olan “Az.Ekol.” MMC plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, layihənin ümumi investisiya məbləği 1,5 milyon manat təşkil edir. İllik istehsal gücü 2400 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılıb. İstehsal prosesi zamanı plastik butulkalardan alınacaq yüksək keyfiyyətli plastik qırıntıları xarici ölkələrə ixrac olunur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsal olunması planlaşdırılır.

Eləcə də bax: Azərbaycanda kimlər ƏDV-dən və idxal rüsumundan azad edilir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256