SƏNAYE

Azərbaycanda bu sahəyə 80 min manat sərmayə qoyulub
14 MART
336

Azərbaycanda bu sahəyə 80 min manat sərmayə qoyulub

2018-03-14 12:29:00

Neftçala Sənaye Məhəlləsinin iştirakçı "Providence Limited" MMC tərəfindən modul tipli məktəb binalarının quraşdırılması üçün müəssisəyə 80 min manat investisiya yatırılıb. Fins.az xəbər verir ki, hazırda müəssisədə 15 nəfər çalışır.

Qeyd edək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır. Modul tipli məktəblər bir sıra rayonlarda inşa olunub.

Eləcə də bax: Fermerlərin suvarma borularına olan ehtiyacı necə ödənir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256