SƏNAYE

Süd istehsalçılarına subsidiya veriləcək?
14 MART
195

Süd istehsalçılarına subsidiya veriləcək?

2018-03-14 10:40:00

"Hazırda yerli süd bazarında satışla bağlı ciddi problemlər var. İstehsalçıların əlində böyük həcmdə süd qalıb". Bunu Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov deyib.

Onun sözlərinə görə, ölkədə süd məhsullarına tələbat azalsa da, süd istehsalı artmaqdadır: "Aqrolizinq" ASC-nin xətti ilə Azərbaycana kütləvi şəkildə heyvan gətirilir. Onların da məhsuldarlığı yüksəkdir. Son nəticədə süd istehsalı kəskin artıb. İki ay bundan əvvəl litri 75-85 qəpiyə satılan süd indi 45 qəpiyədir. Hətta bu qiymətə belə istehsalçılar sata bilmirlər".

S.Eyyubov qeyd edib ki, rəhbərlik etdiyi qurum süd istehsalçılarına subsidiya verilməsi üçün hökumətə müraciət edəcək: "Hökumət qarşısında məsələ qaldırmaq istəyirik. İstehsalçılara qismən subsidiya ayrıla bilər. Bundan başqa, əlavə dəyər vergisi ilə bağlı dəyişikliklərə ehtiyac var. Bununla bağlı da təklif irəli sürəcəyik". 

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256