SƏNAYE

“Metak” bu məhsulları da istehsal edəcək
13 MART
1475

“Metak” bu məhsulları da istehsal edəcək

2018-03-13 13:52:00

Neftçala Sənaye Məhəlləsinin iştirakçılarından biri də "Metak" MMC-dir.  Fins.az xəbər verir ki, müəssisədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal ediləcək. İllik istehsal gücü 2 milyon tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub. Müəssisəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

"Metak" MMC-yə, həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib ki, bu, müəssisənin təqribən 35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq.  

Eləcə də bax: Azərbaycanda nəhəng yem zavodu tikilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272