SƏNAYE

Asəf Hacıyev: “TANAP və TAP layihələrindən hər kəs qazanacaq”
12 MART
194

Asəf Hacıyev: “TANAP və TAP layihələrindən hər kəs qazanacaq”

2018-03-12 12:40:00

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) və Rusiya qazının nəqli üçün inşa olunan “Türk axını” layihələrindən hər kəs qazanacaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bunu Anadolu” agentliyinə müsahibəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyev deyib. 

O həmçinin qeyd edib ki, bu qaz kəmərləri layihələri ilə bağlı mübahisələr düzgün deyil: “Bu layihələrlə həm xəttin keçdiyi ölkələrin qaz tələbatı ödəniləcək, həm də dövlətlər pul qazanacaq. Layihələr çox uğurla həyata keçirilir. Əvvəllər “Mavi axın” və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərlərinə etraz edənlər olmuşdu. Ancaq bu layihələr çox qazanc gətirdi. Bəzi ölkələr BTC-nin lazımsız olduğunu hesab edirdi, amma Dünya Bankı layihəyə kredit ayırdı. İndiyədək Xəzər dənizindən çıxarılan Azərbaycan neftinin böyük hissəsi Ceyhan limanından dünya bazarlarına ixrac edilir və bu ticarətdən hər kəs razıdır”.

Baş katibin sözlərinə görə, qaz və neft kəmərləri sülhə xidmət edəcək. 

“Xəzər dənizində böyük həcmdə təbii qaz ehtiyatları var. “Şahdəniz-2” qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan TANAP və Avropa üçün TAP layihələrinin inşası tamamlanmaq üzrədir. “Türk axını” layihəsinin inşası da xeyli irəliləyib. Bu layihələr həm hasilatçı ölkələr, həm Türkiyə, həm tranzit ölkələri, həm də istehlakçı ölkələr üçün əhəmiyyətlidir. Neft və qaz kəmərləri həm dünya ticarətini canlandıracaq, həm də sülhə xidmət edəcək”, - deyə A.Hacıyev bildirib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. TANAP-ın Əskişəhərə qədər hissəsinin bu ilin ortalarında istifadəyə verilməsi gözlənilir.

TAP kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Kəmərin 2020-ci ilin əvvəllərində istismara verilməsi planlaşdırılır.

“Türk axını” kəmərinin dəniz hissəsinin tikintisinə 2017-ci il mayın 7-də başlayıb.

2016-cı il oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır.

©Report

Eləcə də bax: Rusiyada türk pomidoru niyə satılmır?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273