SƏNAYE

Sədərək rayonundakı xalça müəssisəsi yenidən fəaliyyətə başlayıb
09 MART
209

Sədərək rayonundakı xalça müəssisəsi yenidən fəaliyyətə başlayıb

2018-03-09 11:53:00

Muxtar respublikanın Sədərək rayonundakı səmərəli fəaliyyəti ilə seçilən sahibkarlıq müəssisələrindən biri də rayondakı xalça emalatxanasıdır. Bu yaradıcılıq mərkəzi əsaslı təmir olunduqdan sonra yenidən fəaliyyətə başlayıb.

Fins.az Azərtaca istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, sahibkarlığın hərtərəfli dövlət qayğısı nəticəsində inkişaf etməsi daxili bazara çıxarılan məhsulların təhlükəsizliyinə tam əminlik yaradır. Naxçıvanda sahibkarlıqla məşğul olan təsərrüfat subyektlərinə banklar və kredit təşkilatları tərəfindən lazımi maliyyə yardımlarının verilməsi, hərtərəfli dəstək göstərilməsi onların qarşısında geniş perspektivlər açıb. Muxtar respublikada ümumi daxili məhsulun həcmində özəl bölmənin payının getdikcə artması da bu sahənin inkişafına göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirilməlidir.

Sonra xalça müəssisəsinə baxış olub. Bildirilib ki, bu müəssisədə toxunan xalçalar daxili bazarla yanaşı, xaricə də ixrac ediləcək. 10 nəfər qadının daimi işlə təmin olunduğu xalça müəssisəsində xalçatoxuma zalı, mətbəx və digər inzibati otaqlar mövcuddur. Müəssisənin həyətyanı sahəsində həmişəyaşıl ağaclar, gül kolları və meyvə ağacları əkilib. 

Eləcə də bax: Sabirabad Sənaye Məhəlləsinin tikintisinə başlanılacaq

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258