SƏNAYE

Kürdəmirdə qısa vaxtda 1408 hektarda yazlıq bitki əkilib
09 MART
226

Kürdəmirdə qısa vaxtda 1408 hektarda yazlıq bitki əkilib

2018-03-09 09:21:00

Kürdəmirdə yazlıq bitkilərin əkininə mütəşəkkil hazırlıqlar başlanılıb və qısa vaxtda 1408 hektarda əkin aparılıb. Son günlər havaların əlverişli keçməsi fermerlərin və fərdi torpaq sahiblərinin yazlıq əkinə marağını artırıb. Az vaxtda 555 hektarda çoxillik otlar, 519 hektarda kartof, 331 hektarda tərəvəz bitkiləri əkilib. Əkin sahələri ötən ilin müvafiq dövründəkindən 1,4 faiz çoxdur. Yazlıq əkinlər rayonun daha çox Karrar, Atakişili, Köhünlü, Mehdili, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində aparılıb. Rayonda bu mühüm kampaniya sürətlə davam etdirilir.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256