SƏNAYE

ABŞ neft hasilatı rekord vurmağa davam edir
08 MART
335

ABŞ neft hasilatı rekord vurmağa davam edir

2018-03-08 12:07:00

ABŞ-da fevralın 24-dən martın 2-nə qədərki həftə ərzində gündəlik neft hasilatının və neft ehtiyatlarının həcmi artıb. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Belə ki, hesabat həftəsində ABŞ-da neft hasilatının gündəlik həcmi 86 min barel və yaxud 0,84% artaraq 10,369 mln. barel təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi isə 2,4 mln. barel və yaxud 0,6% artaraq 425,9 mln. barelə çatıb. Analitiklər ehtiyatların 2,7 mln. barel artacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 3,019 mln. barel artım nümayiş etdirib.

Bununla da, ABŞ neft hasilatı son 8 həftə ərzində 7 dəfə artım göstərib.

ABŞ-ın benzin ehtiyatlarında azalma müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 1,2 mln. barel azalacağını ehtimal etsələr də, ehtiyatlar 0,8 mln. barel və yaxud 0,3% azalaraq 251 mln. barelə geriləyib. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 2,5 mln. barel artmışdı.

"Report"un analitik qrupu bildirir ki, bu xəbər dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. Əmtəə birjalarında "Brent" markalı neftin qiyməti 64 dollar/barelə düşüb. Qlobal iqtisadi artımın sürətlənməsi fonunda dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin I rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel arasında dəyişəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256