SƏNAYE

Azərbaycanlı və İranlı sahibkarlar Dağıstanda hara sərmayə qoyacaq?
06 MART
322

Azərbaycanlı və İranlı sahibkarlar Dağıstanda hara sərmayə qoyacaq?

2018-03-06 17:47:00

İrandan və Azərbaycandan olan sərmayədarlar Dağıstanın “Avrora” sənaye parkında öz layihələrini yerləşdirmək imkanlarını nəzərdən keçirirlər.

Martın 6-da bu regionun sahibkarlıq və investisiyalar agentliyində iranlı və azərbaycanlı sərmayədarlarla beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib. Dağıstan agentliyinin rəhbəri Bəşir Maqomedov ilə görüşdə Azərbaycanın “MR Chemical LLC” şirkətinin rəhbəri Davud Vəlizadə də iştirak edib.

İşgüzar görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub, müəyyən razılaşmalar əldə edilib. Müşavirədən sonra nümayəndə heyəti “Avrora” sənaye parkına baş çəkib, şirkətlərin nümayəndələri parkdakı mühəndis infrastrukturu obyektləri ilə tanış olublar.

“Avrora” dövlət sənaye parkı Dağıstan Respublikasında yeganə sənaye parkıdır. Şimali Qafqaz Federal Dairəsində analoqu olmayan bu parkın əsas üstünlüklərindən biri onun yerləşdiyi məkanın aeroporta, dəmir yollarına və federal trasa yaxın olmasıdır.

“Avrora” sənaye parkının ərazisində kiçik və orta sahibkarlıq subyektləri olan 30-dan çox rezident təşkilat fəaliyyət göstərə biləcək. “Avrora” sənaye parkının rezidentlərinin əsasən maşınqayırma, cihazqayırma və metal emalı, yeyinti sənayesi, mebel hazırlanması, metal-plastika və tikinti materialları istehsal edən müəssisələr olacağı nəzərdə tutulur.

Eləcə də bax: Azərbaycan Rusiyaya alma ixracını artırıb

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256