SƏNAYE

Azərbaycan Rusiyaya alma ixracını artırıb
06 MART
118

Azərbaycan Rusiyaya alma ixracını artırıb

2018-03-06 15:02:00
Azərbaycan 2017-ci ildə Rusiyaya alma ixracını 8% – 66,846 min tonadək artırıb. “2017-ci ildə Rusiyaya təzə meyvə və tərəvəz idxalı 2016-cı illə müqayisədə 17% artaraq 7,1 mln. ton təşkil edib. Tədarükün həcminin artması Türkiyə məhsullarının idxalına qoyulan məhdudiyyətin aradan qaldırılması, Çin, Misir, Azərbaycan və Moldova kimi ixracatçı ölkələrlə əlaqələrin qurulması ilə bağlıdır”, – deyə məlumatda qeyd olunur.
Ötən il Azərbaycandan RF-yə əsasən pomidor (157 min ton), xurma (102 min ton) və alma tədarük olunub.
2014-cü ildən etibarən Azərbaycandan Rusiyaya alma ixracında artım müşahidə olunur. 2014-cü ildə ixracın həcmi 43,4 min ton, 2017-ci ildə isə 66,846 min ton təşkil edib.
Bütövlükdə 2017-ci ildə Rusiyaya alma tədarükünün 9,5%-i Azərbaycanın payına düşüb.
Eləcədə bax: Şəkər çuğunduru istehsalçılarına 7 mln. manat kredit veriləcək
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275