SƏNAYE

Şəkər çuğunduru istehsalçılarına 7 mln. manat kredit veriləcək
06 MART
655

Şəkər çuğunduru istehsalçılarına 7 mln. manat kredit veriləcək

2018-03-06 12:36:00
Azərbaycanda şəkər çuğunduru ilə məşğul olan fermerlərə illik faiz dərəcəsi 3% olmaqla 7 mln. manat güzəştli kreditin verilməsini nəzərdə tutulub.
Bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə Fond martın 15-də Azərbaycan Şəkər İstehsalat Birliyi, eləcə də müvəkkil bank kimi çıxış edəcək “Azərbaycan Sənaye Bankı” ASC ilə niyyət protokolu imzalayacaq.
“Bu istiqamətdə 7 min hektar ərazidə şəkər çuğunduru yetişdirən 1 400 kiçik fermer təsərrüfatı dövlətin %-lik güzəştli kreditlərindən istifadə edəcək”, – deyə Ş.Abdullayev əlavə edib.

Eləcə də bax: Azərbaycanda 160 milyon manat hara xərclənəcək?

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256