SƏNAYE

Azərbaycanda 160 milyon manat hara xərclənəcək?
06 MART
269

Azərbaycanda 160 milyon manat hara xərclənəcək?

2018-03-06 11:39:00
Prezident İlham Əliyevin növbəti sərəncamı ilə Aqrolizinq ASC-yə 160 milyon manat vəsait ayrıldı. Sözügedən sənəddən irəli gələrək ölkəyə daha müasir minlərlə texnika, suvarma sistemləri dəstləri və avadanlıq gətirələcək. Bu kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatının tam ödənilməsinə yönəlib. Verilən qərar həm də birbaşa, taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi sahələrin davamlı inkişafını hədəfləyir.
2005-2017-ci illərdə Aqrolizinq ASC-nin xətti ilə 35 840 kənd təsərrüfatı texnikası alınıb. Həmin texnikalar 40 faiz güzəşt edilməklə fermerlərə satılıb.  Son 4 il ərzində kənd təsərrüfatı texnikası parkı 65 faiz yenilənib.

Eləcə də bax: Azərbaycanda bu məhsuldan köynək istehsal ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255