SƏNAYE

Azərbaycanda nəhəng dərman zavodu tikiləcək
05 MART
527

Azərbaycanda nəhəng dərman zavodu tikiləcək

2018-03-05 17:18:00
Azərbaycan İnvestisiya Şirkəti Pirallahı Sənaye Parkında “Caspian Pharmed” Zavodunun tikintisini maliyyələşdirəcək.
Fins.az xəbər verir ki, layihədə AİŞ-in payı 25% təşkil edir. 21 mln. ABŞ dolları investisiya dəyərində olan müəssisənin layihəndirmə işləri aparılır. Zavodun 2019-cu ilin sonunda istismara verilməsi nəzərdə tutulur. İldə 20,2 mln. qutu dərman istehsal etmək gücündə olacaq müəssisədə 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman istehsal ediləcək.
Zavodda 90 yeni iş yeri yaradılacaq.

Eləcə də bax: Bu layihələri təqdim edən sahibkarlara pul veriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256