SƏNAYE

Şist nefti istehsalı 2023-cü ildə gündəlik 17 milyon barrelə çatacaq
05 MART
158

Şist nefti istehsalı 2023-cü ildə gündəlik 17 milyon barrelə çatacaq

2018-03-05 16:41:00
Şist nefti istehsalı 2023-cü ildə sutkalıq 17 milyon barrelə çatacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 5 illik bazar analizini əhatə edən “Neft 2018 Hesabatı”nda deyilir.
Hesabata görə, qlobal neft tələbatının artmasına başda ABŞ olmaqla şist nefti inqilabı öz təsirini göstərəcək. 2017-ci ildə gündəlik 13,2 milyon barrel olan şist nefti istehsalının 2023-cü ildə sutkalıq 17 milyon barrelə çatacağı təxmin edilir.
“Venesuelanın neft istehsalı son 20 ildə yarı-yarıya azalıb və bu enişin davam etməsi gözlənilir. Bu istehsal itkisinin İraq tərəfindən kompensasiya ediləcəyini nəzərdə tutulur”, - deyə hesabatda bildirilir.
Qeyd edilir ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatının azaldılmasına paralel olaraq 2020-ci ilə qədər qlobal neft tələbatındakı böyümənin 80 faizi təkcə ABŞ tərəfindən qarşılanacaq. Qalan hissənin isə Braziliya, Kanada, Norveç və digər IEA-ya üzv ölkələr tərəfindən qarşılanacağı gözlənilir.
Hesabatı şərh edən IEA-nın icra direktoru Fatih Birol deyib: “ABŞ qarşıdakı 5 ildə qlobal neft bazarına öz təsirini göstərəcək. Çin tələbat artımında əsas faktor olmaqda davam edəcək. Lakin ölkənin hava çirkliliyi ilə mübarizə siyasəti bu böyüməni yavaşladacaq”.

Eləcə də bax: Masallıda 7,1 milyon manat hara xərclənəcək?

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267