SƏNAYE

Balakəndə 600 hektara yaxın sahədə yazlıq bitkilər əkilib
05 MART
298

Balakəndə 600 hektara yaxın sahədə yazlıq bitkilər əkilib

2018-03-05 14:34:00
Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 594 hektar sahədə yazlıqların əkini aparılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 106 hektar çoxdur.
Məhsul istehsalçıları indiyədək 263 hektar kartof, 186 hektar tərəvəz, 13 hektar lobya əkib, 132 hektar sahəyə yonca səpiblər. Qeyd edək ki, ötən il rayonda 13 min 728 hektar sahədə yazlıq bitkilər əkilib.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

Eləcə də bax: Azərbaycanda bu məhsuldan köynək istehsal ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255