SƏNAYE

Azərbaycanda bu məhsuldan köynək istehsal ediləcək
05 MART
215

Azərbaycanda bu məhsuldan köynək istehsal ediləcək

2018-03-05 12:26:00
Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə “Mingəçevir Tekstil” MMC-nin iki iplik istehsalı fabriki yaradılıb. Fins.az xəbər verir ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılan fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.
Fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.

Eləcə də bax: “Petkim” keçən il 3,6 milyon ton məhsul istehsal edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275