SƏNAYE

Qaxda güzəştli kreditlərdən istifadə etməklə aqropark yaradılır
24 FEVRAL
412

Qaxda güzəştli kreditlərdən istifadə etməklə aqropark yaradılır

2018-02-24 15:21:00
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qax rayonunda keçirib. Fins.az xəbər verir ki, forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrinin maliyyələşdirilməsi, bağçılıq, tütünçülük, arıçılıq təsərrüfatlarının, bal emalı və qablaşdırılması, tütün emalı müəssisələrinin, quru tütün saxlanılması üçün anbarın yaradılması və otel tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla respublika üzrə sahibkarlıq subyektlərinin ümumi dəyəri 155 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 19 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, Qax rayonunda balın emalı və sənaye üsulu ilə qablaşdırılması üzrə müasir müəssisənin yaradılması planlaşdırılır. Bu müəssisədə emal olunan bal “Made in Azerbaijan” brendi ilə xarici bazara çıxarılacaq. Ümumilikdə, arıçılığın inkişafı ilə bağlı indiyədək 430-dək sahibkara 4,7 milyon manat güzəştli kredit verilib.

Eləcə də bax: Cəbhə bölgəsində qida istehsalı artıb

Forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqroparkın yaradılmasına, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələr çərçivəsində  100-ə yaxın yeni iş yeri açılacaq. Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2300-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 102,9 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan aqroparkda aparılan işlərə baxış keçirilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Qax rayonunda yaradılır. 2100 hektar ərazidə iri fermer təsərrüfatının və 2400 başlıq cins heyvandarlıq kompleksinın daxil olduğu aqroparkda hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267