SƏNAYE

Norveç neft-qaz yataqlarına investisiyaları artıracaq
23 FEVRAL
292

Norveç neft-qaz yataqlarına investisiyaları artıracaq

2018-02-23 14:08:00

Norveç 2018-ci ildə neft-qaz yataqlarına investisiyaları artırmağı planlaşdırır. Bu barədə Norveçin Statistika İdarəsinin məlumatında deyilir.

Bildirilir ki, 2018-ci ildə Norveçin neft-qaz yataqları üzrə fəaliyyətlərə ümumi investisiyalarının 2017-ci illə müqayisədə 7,1 artacağı gözlənilir. Boru kəmərləri ilə nəql də daxil olmaqla ümumilikdə neft-qaz yataqlarına investisiyaların bu il 160 milyard Norveç kronu (20,3 milyard dollar) olacağı nəzərdə tutulur.

2017-ci ildə isə bu göstərici 148,8 milyard Norveç kronu təşkil edib və 2016-cı illə müqayisədə 15,7 milyard Norveç kron və ya 9,5 faiz az olub.

Eləcə də bax: 43,8 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb

© AzərTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256