SƏNAYE

Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində maraqla qarşılanır
21 FEVRAL
246

Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində maraqla qarşılanır

2018-02-21 15:57:00

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisi davam edir. Fins.az xəbər verir ki, hər il 95 min insanın ziyarət etdiyi sərgidə Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanır. Sərgi çərçivəsində Azərbaycan istehsalı olan mineral suların, şirniyyat, süd və konserv məhsullarının, nar şərabın, qurudulmuş xurma, fındıq və şokolad məhsullarının BƏƏ-yə, Küveytə, İtaliyaya, Pakistana, Türkmənistana, Almaniya, Səudiyyə Ərəbistanına, Avstraliyaya ixracına dair, habelə xarici iri market şəbəkələrinə, otellərə satışına dair danışıqlar aparılır. Bundan başqa, sərgidə iştirak edən xarici şirkətlər Azərbaycan şirkətlərinin Dubayda, İranda, Küveyt və Bəhreyndə distributor mərkəzlərinin yaradılmasına maraq göstərirlər. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Eləcə də bax: Bu sənədləri təqdim edən fermerlərə güzəşt ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267