SƏNAYE

“AzerGold” bu il Ortakənd-Xanağa sahəsində buruq-qazma işlərinə başlayacaq
21 FEVRAL
204

“AzerGold” bu il Ortakənd-Xanağa sahəsində buruq-qazma işlərinə başlayacaq

2018-02-21 11:08:00

“AzerGold” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edib.

Fins.az quruma istinadən xəbər verir ki, səfəri Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi təşkil edib.

Səfər çərçivəsində keçirilmiş tədbirdə “AzerGold”un nümayəndələri Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsi ilə bağlı təqdimatla çıxış ediblər. Təqdimatda Ortakənd-Xanağa sahəsində sənaye əhəmiyyətli mis-qızıl filizi yataqlarının resursları bazasında dağ-mədən komplekslərinin yaradılması perspektivlərinin araşdırılmasını və planlaşdırılan istismar öncəsi geoloji-kəşfiyyat işlərini əhatə edən işçi proqram haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb. “AzerGold” ötən ilin 4-cü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və bu ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verməyi nəzərdə tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258