SƏNAYE

TAP-ın Yunanıstan hissəsində tikinti işləri irəliləyir
21 FEVRAL
193

TAP-ın Yunanıstan hissəsində tikinti işləri irəliləyir

2018-02-21 10:46:00

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi üçün zəruri olan bütün xətt boruları artıq çatdırılıb. Bunu bunu TAP AG konsorsiumunun Yunanıstan üzrə regional meneceri Katerina Papaleksandri Afina energetika forumunun kuluarlarında deyib.

O bildirib ki, Yunanıstanda boru kəmərinin tikintisi ölkənin bütün üç şimal bölgəsində davam etdirilir:

"Hazırda TAP-ın Yunanıstanda 550 km-lik marşrutunda 532 km ərazi təmizlənib, 493 km uzunluğunda boru kəmərləri çəkilib, 472 km-lik hissəsində qaynaq işləri görülüb. Yunanıstanda TAP-ın marşrutu boyunca 280 km ərazi bərpa prosesindədir".

Regional menecerin sözlərinə görə, bundan başqa, Kipoidəki kompressor stansiyasında tikinti işləri irəliləyir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP-ın ümumi dəyəri 4,5 milyard avro təşkil edir və Tükiyə-Yunanıstan sərhədində digər qaz kəməri ilə - TANAP-la birləşəcək.

TAP-ın ilkin gücü ildə 10 milyard kubmetr təşkil edəcək.

Eləcə də bax: Bu işləri görən sahibkarlara pul veriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258