SƏNAYE

Bu işləri görən sahibkarlara pul veriləcək
20 FEVRAL
443

Bu işləri görən sahibkarlara pul veriləcək

2018-02-20 15:51:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda işgüzar forum keçirib. Fins.az xəbər verir ki, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Salyan rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

  • intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
  • istixana kompleksinin yaradılması;
  • quru meyvə istehsalı müəssisəsinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Eləcə də bax: Tovuzda 400-dən çox kənd təsərrüfatı texnikasına baxış keçirilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253