SƏNAYE

Bu bitkini əkən fermerlər yüksək gəlir əldə edir
20 FEVRAL
605

Bu bitkini əkən fermerlər yüksək gəlir əldə edir

2018-02-20 14:11:00

Masallıda ötən əkin mövsümündə 242 hektar sahədə sarımsaq əkilib. Rentabelli hesab edilən bu məhsulun əkin sahələri ildən ilə genişləndirilir. Fermer Teyyub Kərimov Masallı rayonun Sərçuvar kəndində icarəyə götürdüyü torpaqda toxumu 6 manat 50 qəpik – 7 manat olan Ağsu və Tovuz rayonlarından gətirilən yerli növ sarımsaq əkib. 3 hektardan çox sahədə əkdiyi sarımsağın hər hektarından 9-10 ton məhsul götürməyi planlaşdırır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fermer Teyyub Kərimov: “Mövsüm vaxtı kiloqramı 8-9 manata satılır. Gəlirli sahədir, tələbat da çoxdur. Gələn il əkin sahələrini 10-15 hektara çatdırmağı nəzərdə tutmuşuq”.

Məhsul Azərbaycanın şəhər və rayonlarına göndəriləcək. Artıq bəzi sahibkarlar sarımsaq almaq üçün sifarişlər verib. Məhsulun yığımı isə, may ayının axırlarında həyata keçiriləcək. Hazırda sahələrdə sarımsağa aqrotexniki qulluq göstərilir. Sarımsaq əkən təsərrüfatçılara hər hektara görə dövlət tərəfindən 50 manat subsidiya verilir. Olduqca gəlirli bitki olan sarımsaq əl əməyi ilə becərilir. Texnika yalnız şum işlərində fermerlərin köməyinə yetir.

Eləcə də bax: Azərbaycanda "Tatra" yük maşınlarının yığılmasına başlanacaq

© ARB Cənub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272