SƏNAYE

Samuxda 1700 hektar sahədə çuğundur əkiləcək
20 FEVRAL
344

Samuxda 1700 hektar sahədə çuğundur əkiləcək

2018-02-20 09:54:00

Bu il Samux rayonunda 1700 hektar sahədə çuğundur əkiləcək. Rayon icra hakimiyyətindən bildirilib ki, bu, bütün illərlə müqayisədə ən yüksək göstəricidir. Rayon üzrə 2016-cı ildə 651 hektar, 2017-ci ildə 1194 hektar çuğundur əkilib. Bu il isə ötən ilə nisbətən 506 hektar çox çuğundurun əkilməsi gözlənilir. Çuğundur sahələrindən 2016-cı ildə 43 min 59 ton, keçən il isə 53 min 362,2 ton məhsul tədarük olunub.

Çuğundur əkini sahəsində təcrübələrini ildən-ilə artıran və məhsula düzgün aqrotexniki qulluq qaydalarına yiyələnən fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları bu il daha çox məhsul toplamağı proqnozlaşdırırlar.

Eləcə də bax: Ucarlı sahibkarlara 32 900 manat subsidiya niyə verilib?

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255