SƏNAYE

Ucarlı sahibkarlara 32 900 manat subsidiya niyə verilib?
19 FEVRAL
182

Ucarlı sahibkarlara 32 900 manat subsidiya niyə verilib?

2018-02-19 16:27:00

Ucarda 320 nəfərə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün 32 900 manat subsidiya verilib. Fins.az xəbər verir ki, ölkənin hər yerində olduğu kimi Ucarda da mal-qaranın cins tərkibi süni mayalandırma üsulu ilə yaxşılaşdırılır. Fərdi və fermer təsərrüfatlarındakı heyvanlar daha məhsuldarları ilə əvəz edilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Ötən il 952 baş inək süni yolla mayalandırılıb. Rayon üzrə 320 nəfərə cinsi yaxşılaşdırılan 329 baş buzova görə subsidiya verilib.

Qeyd edək ki, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, genetik məhsuldar olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə, heyvan sahiblərinə 100 manat subsidiya ödənilir.

Eləcə də bax: Kürdəmirdə kartof sahələri genişləndirilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267