SƏNAYE

Kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılmasına həsr olunan seminar keçirilib
19 FEVRAL
191

Kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılmasına həsr olunan seminar keçirilib

2018-02-19 11:33:00

Bakıda İqtisadiyyat Nazirliyi tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) iştirakı ilə "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması üzrə islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsi" mövzusunda seminar keçirilib.

Seminarda OECD-ni, İqtisadiyyat Nazirliyini, eləcə də digər yerli və beynəlxalq təşkilatları təmsil edən 20-dən çox nümayəndə iştirak edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin və sahibkarlığın inkişafı sahəsində həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat verərək, bu sahədə inkişafın uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu qeyd edib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrası istiqamətində görülmüş işlər və bunlarla bağlı həyata keçirilən monitorinq və qiymətləndirmə haqqında ətraflı məlumat verib. Həmçinin sözügedən yol xəritəsinin icrası istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, onun ölkədə uğurla tətbiqi məqsədilə OECD ilə həyata keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi" mövzusunda təhlil icmalı çərçivəsində işlərin aparıldığını deyib.

OECD-nin layihə əlaqələndiricisi Meryem Torun təşkil olunan seminarın əhəmiyyəti, yol xəritəsi üzrə müəyyən olunmuş hədəf istiqamətlər, həmçinin Azərbaycan hökuməti ilə birgə həyata keçirilən layihə haqqında ətraflı məlumatlar verib. Bununla yanaşı sözügedən Strateji Yol Xəritəsinin icrasının monitorinq prosesinin öyrənilməsi, effektiv təşkili üçün beynəlxalq təcrübədə tətbiq olunan üsul və vasitələr haqqında məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Təqdimatla çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Vüsalə Cəfərova, OECD ekspertləri Rikardo Pinto və Patrik Pruzinski yol xəritəsinin hədəfləri, əsas göstəriciləri, həmçinin monitorinq və qiymətləndirmə prosesi barədə danışıblar.

Ümumilikdə seminarda beynəlxalq ekspertlər tərəfindən bir sıra mühüm təkliflər irəli sürülüb. Belə ki, qiymətləndirmə sisteminin formalaşdırılması və həyata keçirilməsi zamanı əsas icraçı qurumların iştirakı, monitorinq prosesinin bilavasitə tapşırığın icrasına yönəldilməsi və təkliflərlə yekunlaşdırılması təklif edilib. Həmçinin səmərəli monitorinqin təşkili üçün əsas effektivlik göstəricilərinin müəyyən edilməsi, eləcə də hədəflərin və onlara çatma göstəricilərinin dəqiqləşdirilməsi barədə müzakirələr aparılıb.

Eləcə də bax: Azərbaycanda hər bir arı yeşiyinə görə 10 manat subsidiya verilə bilər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258