SƏNAYE

Qazaxda fındıq bağları genişləndirilir
19 FEVRAL
491

Qazaxda fındıq bağları genişləndirilir

2018-02-19 11:10:00

Ötən təsərrüfat ilində Qazax rayonunda 50,5 hektar sahədə yeni fındıq bağları salınıb. Rayonda fındıqçılıqla məşğul olan fermerlərdən biri də Çaylı kəndinin sakini 65 yaşlı Qəzənfər Qocayevdir.

Fermer Qəzənfər Qocayev bildirib ki, fındıqçılıq gəlirli sahə olduğundan iki hektar fındıq bağı salıb. Fermer ötən il 2 min fındıq ağacı əkmişdisə, bu il əlavə olaraq 800 ağac da əkib.

Fermer deyir ki, fındıq ağacları arasında digər kənd təsərrüfatı bitkiləri də becərmək mümkündür. O, mövsüm vaxtı ağacların arasına yonca səpməyi planlaşdırır.

Alıcılar fındığı elə sahədən alırlar. Bu isə fermerin işini xeyli asanlaşdırır və əlavə xərcdən azad edir. Rayondakı fındıq bağlarının demək olar ki, hamısı fərdi təsərrüfatlardadır.

Eləcə də bax: Salyanlı fermerlər bu üsuldan istifadə etməklə 40 milyon manat qazanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256