SƏNAYE

Nazir: “Yeni texnikaların gətirilməsinə apreldə başlanılacaq”
19 FEVRAL
214

Nazir: “Yeni texnikaların gətirilməsinə apreldə başlanılacaq”

2018-02-19 10:38:00

Ötən il ölkəyə 10 mindən çox kənd təsərrüfatı texnikası gətirilib. Aqrar sahənin texniki təminatının yüksəldilməsi üçün müvafiq tədbirlər görülüb və bu il də kifayət qədər vəsait ayrılıb. Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, tələb olunan texnikalar vaxtında gətirilməli və kənd təsərrüfatı sahələrinin heç biri texniki təminat baxımından çətinlik çəkməməlidir: “İlk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi qarşıya əsas hədəf kimi qoyulub. Bundan başqa, 120 ədəd “Nyu Holland”, 50 ədəd “SAMPO” və 25 ədəd “Klass” markalı taxılyığan kombaynlarının gətirilməsi ilə bağlı müqavilələr bağlanılıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq”.

Eləcə də bax: Hacıqabulda 850 nəfər üçün işləmək imkanı yaradılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258