SƏNAYE

Hacıqabulda 850 nəfər üçün işləmək imkanı yaradılır
18 FEVRAL
575

Hacıqabulda 850 nəfər üçün işləmək imkanı yaradılır

2018-02-18 18:00:00

Hazırda tikintisi gedən Hacıqabul Sənaye Məhəlləsində ilkin mərhələdə yüksək standartlara cavab verən və ümumi sahəsi 6100 m² olan 4 istehsal sahəsi, 937,8 m² sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə veriləcək. Fins.az xəbər verir ki, Sənaye Məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı tədbirlər görülür. Hacıqabul Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Burada həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Sənaye Məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq, ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Qeyd edilib ki, artıq “ATEF Sənaye Kompleksi” MMC Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyata alınıb. Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin III rübündə başa çatdırılaraq sahibkarların istifadəsinə veriləcək.

Eləcə də bax: Salyanlı sahibkarlara 44 milyon manat güzəştli kredit verilib

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267