SƏNAYE

"AzerGold" İsveçrədə qızıl satışının optimallaşdırılması yollarını araşdırıb
17 FEVRAL
347

"AzerGold" İsveçrədə qızıl satışının optimallaşdırılması yollarını araşdırıb

2018-02-17 18:52:00

"AzerGold" QSC-nin nümayəndələri İsveçrədə qızıl satışının optimallaşdırılması yollarını araşdırıb. QSC-nin mətbuat xidmətindən bildiriblər ki, "AzerGold"un nümayəndələri İsveçrədə işgüzar səfərdə olub. Qurumun mütəxəssisləri İsveçrənin məşhur "Argor-Heraeus" şirkətinə məxsus affinaj zavodunun fəaliyyəti ilə yaxından tanış olub, beynəlxalq təcrübəni dərindən öyrənib, qızıl satışının optimallaşdırılması yollarını araşdırıb. Bundan əlavə, mütəxəssislər ikitərəfli görüşlər keçirərək, beynəlxalq əlaqələrin genişləndirilməsi perspektivlərini geniş müzakirə ediblər. Səfərin əsas məqsədi qızıl və gümüş tərkibli xəlitələrin tökümündə digər metalların faiz dərəcələrinin azaldılması prosesini daha da təkmilləşdirməkdir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Qeyd edək ki, keçən il "AzerGold" QSC KYC (Know Your Customer) və "Due Diligence" prosedurlarını uğurla keçərək "Argor-Heraeus" şirkəti ilə qızıl və gümüşün saflaşdırılması üzrə əməkdaşlıq qurub. Ötən il Azərbaycana səfərə gələn İsveçrə şirkətinin nümayəndəsi Çovdar filiz emalı sahəsində gedən hasilat işləri ilə yaxından tanış olaraq, cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini bildirib. Hazırda Çovdar filiz emalı sahəsində istehsal olunan qızıl-gümüş tərkibli xəlitələr İsveçrə şirkətinə göndərilərək saflaşdırılır, daha sonra əldə olunan qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılır.

Eləcə də bax: Balıqçılığın inkişafına 3,1 milyon manat vəsait xərclənib

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272